İranlı jurnalist Məsud Kazemi parlamentin Milli Təhlükəsizlik Komissiyasının iclası ilə bağlı istehzalı paylaşım edib.
Kazemi “X” hesabında yazıb ki, “İslam Respublikası müharibədə qalib gəldiyini iddia etsə də, parlamentin Milli Təhlükəsizlik Komissiyasının ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin nümayəndələri ilə görüşü "təhlükəsiz evin" mətbəxində keçirilib”.
Jurnalist paylaşımında ironik şəkildə əlavə edib: “Daha iki qələbə ilə görüşlər yazılı şəkildə keçiriləcək”.
Qeyd edək ki, İranda “təhlükəsiz ev” ifadəsi adətən ETTELAAT Nazirliyinə bağlı xüsusi məkanlara aid edilir. Bu evlər əsasən gizli görüşlər, sorğular və təhlükəsizlik xarakterli fəaliyyətlər üçün istifadə olunur.
visiontv.az