Tehran şərtləri qəbul edərsə, tərəflər yekun razılaşma üçün 30 günlük danışıqlara başlayacaq
09.05.2026

The Wall Street Journal ABŞ-ın İran rejiminə təqdim etdiyi təklif çərçivəsi ilə bağlı yeni detalları yayımlayıb.

Məlumata əsasən, Vaşinqton Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin tam şəkildə sökülməsini və İran ərazisində hər hansı yeraltı nüvə fəaliyyətinin qadağan olunmasını tələb edir.

ABŞ həmçinin uranın zənginləşdirilməsinin 20 il müddətinə dayandırılmasını, bütün zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini və İranın nüvə proqramı ilə əlaqəli şübhəli məkanlarda məhdudiyyətsiz və dərhal yoxlamalara icazə verilməsini istəyir.

Təklif çərçivəsində İran rejimi Hörmüz boğazını mərhələli şəkildə yenidən açmalıdır. Bununla paralel olaraq ABŞ da dəniz mühasirəsinin bir hissəsini azaltmağa hazırdır. Hörmüz boğazının tam açılması isə yekun razılaşmadan sonra mümkün olacaq.

Wall Street Journal-ın məlumatına görə, sanksiyaların ləğvi yalnız razılaşmanın imzalanmasına deyil, İran rejiminin öhdəlikləri real şəkildə yerinə yetirməsinə bağlı olacaq. Bildirilir ki, bəzi dondurulmuş maliyyə aktivləri ilkin mərhələdə azad edilə bilər.

Qəzetin redaksiya heyəti yazır ki, Vaşinqton yalnız uranın zənginləşdirilməsinin dayandırılmasını kifayət hesab etmir. ABŞ administrasiyası İranın nüvə proqramının həm infrastrukturunun, həm də texnoloji imkanlarının tam şəkildə aradan qaldırılmasını istəyir.

Wall Street Journal həmçinin xəbərdarlıq edir ki, İran rejimi qeyri-müəyyənlik yaratmaq, prosesi uzatmaq və vaxt qazanmaq yolu ilə beynəlxalq təzyiqləri azaltmağa çalışa bilər. Qəzetin redaksiya heyətinin fikrincə, buna görə də Donald Tramp administrasiyasının sərt mövqe nümayiş etdirməsi vacibdir.

Bir xəritə və bunu deyən yazı "NUVA OBYEKTLARİNİN TAM SÖKÜLMIASİ Natanzv ABŞ-ın İRAN REJİMİNA TaKLİF ETDİYİ YENİ RAZILAŞMA ÇaRcivasi QaBUL OLUNARSA, 30 GÜNLÜK DANIŞIQLAR BAŞLAYACAQ ahandakı tamami okulacek. ISFAHAN 30 GÜN 2 ZaNGİNLAŞDİRMA DAYANDIRILIR SÖKULaCaK) SOKULACaK YEKUN RAZILAŞMA ÜÇÜN GÜNLÜK ಕರಾಟುಮನುನುಷು muddatina dayandır zanginlaşdirilmiş hansı nuva fealiyyati qadağan ehtiyatları nuvaproqrami 3 HÖRMÜZ BOĞAZI alageli butin tamyoxlamalaraleazaverni lörmüz marhalali-sokildoaçacaq. azaldacaq. RAZILAŞMA çaRcivasi razılaşmaya HÖRMÜZ LERİNIN ZavGnLAŞDİRNANİN SOKULMaSI SANKSİYALARIN LAĞVi Sankşiyal TERROR DaSTaYiNA SON yalnız öhdelikle in rasından Iran, Hizbul maliyya BOĞAZININ hayarakeçrimasi proksi DiGAR TaHDİDLAR aktivier xitadbirkar guracak. emaliyyatlarladavam etci irecak. urmasing SANKSİYALAR EDİLaCaK XaBARDARLIQ qayri-mjayyenlik İRAN RUSİYA ÇİN insipial etdirmalidir. DANIŞIQLA YANAŞI SERT OLACAQ!" şəkili ola bilər

Sadiq İsabəyli

visiontv.az