Rəştdə etirazçı edam edilə bilər
07.05.2026

Gilan əyalətinin Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan Əli Azad edam edilə bilər.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, yanvar etirazlarında həbs edilən gənc, "Bəsic" üzvünün öldürülməsində ittiham edilib.

İnsan haqları təşkilatları Əli Azad-a qarşı irəli sürülən ittihamın əsassız olduğunu, ondan işgəncə altında məcburi etiraf alındığını bildirirlər.

visiontv.az