“And virusu”
07.05.2026

Argentina bir kruiz laynerində aşkar edilən yoluxma dalğasından sonra indiyədək 41 nadir hantavirus hadisəsini təsdiqləyib.

Argentinada və Çilidə insandan insana keçə bilən hantavirusun “And virusu” (ANDV) kimi tanınan xüsusi variantı mövcuddur. Dünyanın digər bölgələrində yalnız gəmiricilərdən insanlara yoluxan variantlardan fərqli olaraq, bu ştam insanlar arasında yayıla bilir.

Bu virus əsasən And dağ silsiləsi regionunda (Cənubi Argentina və Çili) rast gəlinir və uzunquyruq cırtdan düyü siçanı (Oligoryzomys longicaudatus) ilə əlaqəlidir.

O, hantavirus kardiopulmonar çatışmazlığı sindromuna (HCPS) səbəb olur ki, bu da ağır qrip - qızdırma, əzələ ağrısı, ürəkbulanma və qarın ağrısı ilə başlayır və sürətlə ağır tənəffüs çatışmazlığına çevrilə bilir. Virusun ölüm göstəricisi kifayət qədər yüksəkdir - təxminən 30-40 faiz təşkil edir.

visiontv.az