ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafatlar” proqramı İraqda fəaliyyət göstərən İrana bağlı “Hərəkat ən-Nücəba” silahlı qruplaşmasının qurucusu və lideri Əkrəm Abbas əl-Kabi barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təyin edib.
Bəyanatda bildirilir ki, qrup ABŞ diplomatik nümayəndəliklərinə və İraq və Suriyadakı hərbi bazalara hücumlarda iştirak edib, habelə, amerikalı podratçının öldürülməsi və bir hərbçinin yaralanması ilə bağlı ittiham olunur.
ABŞ tərəfi Əl-Kabini bölgədə Amerika qüvvələrinə qarşı hücumların təşkili və koordinasiyasında uzunmüddətli rol oynamaqda günahlandırır və onun fəaliyyətinin dayandırılmasına yardım çağırışı edib.
visiontv.az