İranlı millət vəklləri edamlara dəstək verdi
07.05.2026

İran parlamentinin 63 üzvü ölkə həbsxanalarında icra edilən edamlara dəstək verib.

Bu barədə İran mediası məlumat yayıb.

Onlar, İran məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Möhsüni Ejeiyə yazdıqları məktubda etiraz aksiyalarında iştirak edən şəxslər barəsində ağır cəza tədbirlərinin görülməsini dəstəkləyiblər.

Millət vəkilləri həmçinin, etiraz aksiyalarına rəhbərlik edən şəxslərin edam edilməsini istəyiblər.

İnsan haqları müşahidəçiləri bu bəyanatı xaricdəki hərbi böhrana paralel olaraq, ölkə daxilində yeni qanlı repressiya dalğası üçün yaşıl işıq kimi xarakterizə ediblər.

visiontv.az