Onlarla həmədanlının əmlakı müsadirə olundu
07.05.2026

Müharibə ilə bağlı daha 40 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib.

Bu barədə İran məhkəmə hakimiyyətinin "Mizan" saytı məlumat yayıb.

Onlar "düşməənlə əməkdaşlıq", "düşmən şəbəkələrlə əlaqə" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar.

Kimliyi açıqlanmayan şəxslərin bütün daşınan və daşınmaz əmlakı, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub.

Ötən ay isə eyni ittihamlara görə 61 həmədanlının əmlakı müsadirə olunub.

visiontv.az