Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsinin İraqla sərhəd zolağında silahlı qarşıdurma olub.
Bu barədə əyalətin Sərhəd Mühafizəsinin Komandanlığı məlumat yayıb.
Məlumata görə, atışma nəticəsində sərhəd postuna hücum etmək istəyən kürd qruplaşmalarına mənsub iki silahlı şəxs həlak olub.
Silahlıların kürd olduğu bildirilsə də, onların kimliyi və hansı təşkilata üzv olduqları barədə açıqlama verilməyib.
visiontv.az