Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotik dövriyyədən çıxarılıb
26.05.2026

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotiki dövriyyədən çıxarıb.

Bu barədə  DİN-dən məlumat verilib.

Bildirilib ki, Bakı və  Sumqayıt şəhərləri, eləcədə  Masallı rayonunda baş tutan tədbirlərlə əvvəllər məhkum olunan  Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar. Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və  500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

visiontv.az