Bəhreyn "gərgin təhlükəsizlik vəziyyəti"nə görə vətəndaşlarının İrana səyahətini qadağan edib
02.06.2026

Bəhreyn vətəndaşlarının İran və İraqa səfər etməsini növbəti xəbərdarlığa qədər qadağan edib.

Bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qərara səbəb kimi, “davam edən gərgin təhlükəsizlik vəziyyəti” göstərilib.

Qeyd edək ki, İran son müharibə  dövründə  Bəhreyndəki  ABŞ hərbi bazalarına zərbələr endirib. Bəhreyn bunu suverenliyinin pozulması və təcavüz aktı kimi qiymətləndirir.

visiontv.az