İyunun 2-də səhər Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış qeydə alınıb.
Visiontv.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"2 iyun tarixində Moskva vaxtı ilə saat 7:45-də (Bakı vaxtı ilə 8:45-də - red.) rentgen diapazonunda 5 dəqiqə davam edən M1.2 partlayışı (S22E89) qeydə alınıb", - deyə məlumatda bildirilib.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
visiontv.az