Azərbaycanda qanunsuz onlayn xarici lotoreya və idman mərc oyunlarının fəaliyyətinin qarşısının alınması üçün tədbirlər görüləcək.
Bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) Nizamnaməsində qeyd olunub.
Belə ki, Agentlik Azərbaycan lotereya təşkilatçısının və (və ya) idman mərc oyunları operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün bilet satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın qarşısını almaq üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini təmin etməlidir.
Bu siyahıya həmçinin Azərbaycandan xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısını almaq üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini təmin etməlidir.
visiontv.az