Şiraz şəhərinin İnqilab Məhkəməsi yanvar etirazları zamanı həbs edilən Benyamin Nəqdi barədə edam hökmü çıxarıb.
Bu barədə onun vəkili Mustafa Nili məlumat yayıb.
Vəkilin bildrdiyinə görə, Nəqdi, bundan əvvəl "qətl" törətməkdə günahlandırılsa da, bu sübut olunmadığına görə, ona qarşı cinayət işi dəyişdirilib və barəsində "müharibə", "milli təhlükəsizliyi pozan qruplara üzvlük", "milli təhlükəsizliyə qarşı cinayət törətmək niyyəti ilə toplaşmaq və gizli sövdələşmək" və "rejimə qarşı təbliğat fəaliyyəti" ittihamları irəli sürülüb.
Həbs olunmazdan əvvəl Benyamin Nəqdi kikboksinq və Muay Tay ilə məşğul olub və bu idman növləri üzrə bir neçə medal qazanıb.
visiontv.az