Qızvin şəhərinin həbsxanasında saxlanılan ictima fəal Suri Çegini həbs edildikədn bu günə kimi keçən 141 gün ərzində ailə üzvləri ilə görüşdən məhrum edilib.
Bu barədə insan haqları təşkilatları onun yaxınlarına istinadla məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən də ailənin xanım fəalın sağlıq durumu barədə nigəranlıqları artıb.
Qeyd edək ki, Suri Çegini yanvarın 6-da etiraz aksiyasında həbs saxlanılıb və "rəhbəri təhqir etmək" və "hökumətə qarşı təbliğat ittihamalrı ilə 3 il həbs cəzasına məhkum edilib.
O, bundan əvvəl də məcburi hicaba qarşı çıxdıına görə həbs edilib.
visiontv.az