Millət vəkilindən xaricə səfər etmək istəyənlərə yeni tələb
13.10.2026

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Kövsəri “Xarici müdaxiləyə qarşı mübarizə planı”nı müdafiə edərək, sənədin ictimaiyyət üçün məhdudiyyətlər yaradacağı barədə xəbərləri rədd edib.

Kövsərinin sözlərinə görə, xaricə səfər etmək istəyən şəxslər gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq məqsədilə zəruri məlumatları təqdim etməlidirlər.

O, planın gizlədəcək heç nəyi olmayan şəxslər üçün maneə yaratmadığını iddia edib və sənədin insanları başqalarının əlində alətə çevrilməkdən qorumağı hədəflədiyini bildirib.

visiontv.az