Şahbaz Şərif: “Pakistan İran və ABŞ arasında gərginliyin azaldılması səylərini davam etdirəcək”
13.10.2026

Pakistanın baş naziri Şahbaz Şərif İran və ABŞ arasında gərginliyin azaldılması istiqamətində ölkəsinin diplomatik səylərini davam etdirəcəyini bildirib. O, İslamabadda keçirilən Nazirlər Kabinetinin iclasında digər region dövlətlərinin də bu prosesdə iştirakını alqışlayıb.

Şərif münaqişələrin dayandırılması və regional sabitliyin təmin olunması istiqamətində Pakistanın mövqeyini vurğulayaraq deyib: “Biz gərginliyin azaldılması üçün səmimi səylərimizi davam etdirəcəyik və digər qardaş ölkələrin səylərini də alqışlayırıq”.

visiontv.az