Dövlətin sərvəti allah deyil, ağıldır!
13.10.2026

İstanbulu fəth edən Mehmetin idealı Məhəmməd peyğəmbər deyil, Makedoniyalı İsgəndər idi. Loqosun, məntiqin imperatoru! Və İstanbulu Mehmetə təhbil verən Roma imperiyası deyildi, xristian Romasıydı. Din dövlətin “yumşaq qarnı”dır.

Romaya ən böyük xəyanət edən imrerator xristinalığı dövlət dini kimi qəbul edən Konistantin idi - Romanı qara camaatın düşüncəsinə təslim etdiyi üçün.

Allaha inanmaq gözəl bir düşüncədir, amma nə zaman və harada? Orada ki, allaha ehtiyac yoxdur. Allah kefqof adamın inancıdır. Diş həkiminə ehtiyac olan yerdə allah aradan çıxır. Allah düşünücəsi heyvanat aləmi üçün keçərlidir: ağıl varsa, allah yoxdur. Ağıl artıq azad iradə deməkdir. Azad iradə insanı təbiətdən, yəni yaradılışın zoodünyasından ayırır. Allaha inanmaq üçün təkamülün başlanğıcına qayıtmaq lazımdır.

Dövlət allaha inana bilməz! İnansa, axırı Mehmetin fəth etdiyi Konstantinopol kimi olacaq!

Dövlətin sərvəti allah deyil, ağıldır!”

Aqşin Yenisey

visiontv.az