"İrana qarşı blokada bir neçə aya Tehranın geri çəkilməsinə səbəb ola bilər"
13.10.2026

ABŞ-nin maliyyə naziri Skott Bessent İran ətrafında davam edən dəniz blokadası və iqtisadi təzyiqlərin bir neçə ay ərzində Tehranı geri çəkilməyə məcbur edə biləcəyini bildirib.

O, bazar günü “Fox News” kanalına müsahibəsində İran hökumətinin “çöküş” ərəfəsində olduğunu və hətta hərbi qüvvələrin maaşlarını ödəməkdə çətinlik çəkdiyini iddia edib.

Bessent ABŞ prezidenti Donald Trampın ölkədə keçiriləcək aralıq seçkilərə qədər yeni hərbi münaqişənin başlanmasını gözləmədiyini də bildirib. Bununla belə, nazir İranla bağlı vəziyyətin necə nəticələnəcəyinin qeyri-müəyyən olduğunu vurğulayıb.

visiontv.az