Təbriz həbsxanasında saxlanılan hüquqşünas və universitet müəllimi Əbülfəz Rəncbəri mayın 5-da sərbəst buraxılıb.
Bu haqda onun yaxınları məlumat verib.
O, 50 milyard tümən (260 min dollar) girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.
Bundan əvvəl aprelin 22-də keçirilən məhkəmə iclasında Ə.Rəncbəri brəsində irəli sürülən "yer üzündə fəsad törətməyə kömək etmək və ona təhrik etmək" ittihamına görə müdafiə çıxışı edib.
“Əmək Hüququ” və “Maliyyə Hüququ və "Dövlət Maliyyəsi” kitablarının müəllifi olan 57 yaşlı Əbülfəzl Rəncbəri 2025-ci il mayın 4-də həbs olunmuşdu.
visiontv.az