Azərbaycanda talassemiya diaqnozu ilə doğulan körpələrin sayı azalıb
08.05.2026

Ötən il Azərbaycanda talassemiya diaqnozu ilə 6 körpə doğulub.

Bu barədə  Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nikahdan əvvəl müayinələrin aparılması nəticəsində bu göstəricinin uzunmüddətli dövrdə azalma meyli qorunur.

Qeyd edək ki, 2024-cü ildə bu göstərici 31 nəfər olub.

Xatırladaq ki, hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.

visiontv.az