BMT: Dünyada şəkər ucuzlaşıb
08.05.2026

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Şəkər Qiymətləri İndeksi apreldə orta hesabla 88,5 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 4,3 bənd və ya 4,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,8 bənd və ya 21,2% azalıb.

Visiontv.az  təşkilata istinadən xəbər verir ki, Apreldə qeydə alınan azalma əsasən cari mövsümdə qlobal təklifin bol olacağı ilə bağlı gözləntilərlə əlaqələndirilir.

Azalmaya əsas  Asiya istehsalçısı ölkələrdə, xüsusilə Çin və Tailandda istehsal perspektivlərinin yaxşılaşması təsir edib.

Bundan əlavə, Braziliyanın əsas cənub istehsal bölgələrində əlverişli hava şəraiti fonunda yeni məhsul yığımının başlanması da beynəlxalq şəkər qiymətlərinin ümumi azalmasına töhfə verib.

visiontv.az