Ərəbi tarixin içinə gətirən İslamdır. İslamdan öncə tarixin səhifələrində nə ərəb adı var, nə də ərəb kimliyi.
Yunanla pers qarşıdurması zamanı bu gün yəhudi olaraq tanıdığımız Musa kəlamı davamçılarının da tarixin içində yerləri yoxdur. Misir və Babil dönəmlərində yəhudi kimliyi yoxdur, yəhudinin hafizəsindəki "yəhudi" məhəlli bir kimlikdir, öz içindəki özüdür, tarixin içində deyildir.
Niyə bu müqayisəni edirəm?
Hər iki kimliyin içində bir ortaq məsələ vardır,
Bu "Çıxış"dır.
Yəhudiliyi Misirdən çıxaran Musadır, "Tövrat"ın ikinci kitabı "Çıxış"ın kitabıdır.
Ərəbi də öz içindən çıxaran Məhəmməd Mustafadır.
Yəhudi yəhudiliyində, ərəb ərəbliyində qaldı.
"Çıxış"ları baş vermədi.
Məhəmməd Mustafanın kitabı külli müsəlmanların, Musanın kitabı isə yəhudilərin kitabı oldu.
Ərəbin ərəbliyində qalması, yəhudiyinin yəhudilikdə qalması insanlığ tarixinə nə mədəniyyət, nə də həyat tərzi təklifi verə bilmədi. Qaldığları yerdə qaldılar.
"Çıxış" edə bilmədilər.
Afinalı Platonun dərdi "eksodos"dur, yunan faicələrinin sonunda tamaşaçıya söylənən son söz də "eksodos"dur.
"Eksodos" "çıxış" deməkdir dilimizdə.
Platon "eksodos"un çarəsini tapa bilmir. Məcbur olub, Sokratın adı ilə Sokrat danışır. Platonun danışdırtdığı Sokrat Sokrat deyildir, Platonun içindəki Sokratdır. O Sokrat ki, artıq yoxdur, mövcud deyildir, Platonun zehnindəki Sokrat isə Sokratın özü deyil, "Sokratı oynayan Platondur".
"Ekosdos"dakı özü deyil, o rolu təqlid edəndir.Yəhudilik və ərəbçilikdəki dərd də budur, Özləri deyildirlər, təqlid etdiklərinin əvəzinə danışanlardırlar.
Özü olmayanın isə sözü olmaz. Səhnədə ona əzbərlədilən sözü söylər.
"Vizion 2030" Səudiyyə şahzadəsi Məhəmməd Salmanın kitabıdır. İddialı projelərin demək olar ki, böyük bir qismi gerçəkləşmə ərəfəsindədir.
Ərəbin çıxış nöqtəsi artıq ərəbçilik deyildir,
Texnologidir.
Yeni dünyanın qurulmasında Özü olmayan İnsanın süni intellekte çevrilməsi göznəlinən idi.
"Çıxış"ı olmayan bir yolun sonu faciədir, yunanlar teatrın zirvəsi olan faciəni icad etdikləri üçün onlara təşəkkür borcumuz olmalıdır.
"Çıxış"ı olmaynların "çıxış yolu" fayda verməz.
"Özünüz"ə qayıdın, "özünüz"ə inanın.
"Novruz" da bir çıxışdır, o çıxışı düşünməmiz yetər, xatırlamasaq da hələ də yaşadırıq.
"Çıxış"ın isə bir yolu vardır,
Allahın rəhmətinə sığınıb, onun göstərdiyi yoldan çıxmamaq.
Allah haqqdır.
İdris Heydərli
visiontv.az