Siyasi təhlilçi Məhhəmədəli Cənnətxah İran, İsrail və ABŞ arasındakı son münaqişələrdən əvvəl "Didarnews" saytına müsahibəsində Tehran-Vaşinqton münasibətlərinə dair öz baxışlarını dilə gətirmişdi.
O iddia edirdi ki, Yaxın Şərq ölkələri arasında İran xalqı ABŞ-yə daha müsbət yanaşır və elə bu səbəbdən Vaşinqton həmişə İranla müharibədən çəkinib. Cənnətxah habelə belə bir arqument gətirirdi ki, əgər ABŞ-nin bölgədə azad şəkildə müttəfiq seçmək imkanı olsaydı, İranı ərəb ölkələri və hətta İsraildən üstün tutardı.
Araşdırmaçı bu iddiasını təsdiqləmək üçün Pəhləvi dövründə iki ölkənin hərbi əməkdaşlığına, o cümlədən İrana "F-14" qırıcılarının verilməsinə istinad edirdi.
visiontv.az