Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.
Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev idi. O, ötən ilin sentyabrı tutduğu vəzifədən azad edilib.
visiontv.az