Rusiya iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq edəcək.
"Rosselxoznadzor” bildirib ki, aparılan yoxlamalar Rusiyaya ixrac olunan məhsulların istehsalında xəstə heyvandan əldə edilmiş südün istifadə olunduğunu aşkar edib.
Bundan əlavə, Ermənistan tərəfinin yalnız yerli xammaldan və ya Aİİ ölkələrinin məhsullarından istifadə edildiyi barədə bəyanatlarına baxmayaraq, üçüncü ölkələrdən gətirilən xammaldan istifadə faktları da təsdiqlənib.
visiontv.az