Kömür hələ də qlobal energetikanın əsasını təşkil edir
25.07.2026

Kömür hələ də qlobal energetikanın əsasını təşkil edir və dünyada elektrik enerjisinin istehsalında üstünlük təşkil edən üsuldur. Qaz İxrac Edən Ölkələrin Forumunun (QİEÖF) məlumatına görə, ötən il kömür hesabına 10 600 TVt·saat elektrik enerjisi istehsal olunub. Bu həcm Çinin bütün elektrik enerjisi tələbatını ödəməyə və ya ABŞ-ın 2.5 illik istehlakını qarşılamağa bəs edərdi.

Lakin “Bloomberg”-in yazmadığı və “Ember”-in xəbər vermədiyi məqam var: son 15 ildə küləkdən alınan hər 1 yeni kVt enerjiyə kömürdən alınan bir yeni kVt enerji düşüb. Yəni bərpa olunan enerji mənbələrinin (BOM) artım sürəti ilə kömür generasiyasının artım sürəti bərabərdir.

Kömür generasiyasının yeganə iqtisadi və texnoloji alternativi qaz generasiyasıdır. Lakin yaxın illərdə dünyada qazlaşdırma templəri aşağı düşəcək. Elektrikləşdirmə templəri isə, əksinə, sürətlənəcək. Qlobal tələbatı formalaşdıran yeni amillər elektromobillər, Məlumatların Emalı Mərkəzləri (MEM) və kondisionerlərdir.

Nəticədə, yaxın 15 ildə dünyada ildə təxminən 10 TVt·saat yeni elektrik enerjisinə, növbəti 15 ildə isə bir o qədər də əlavə enerjiyə ehtiyac yaranacaq. Beləliklə, əsrin ortalarına doğru elektrik enerjisinə olan tələbat indiki səviyyədən 70% artacaq.

Xalis nəzəri cəhətdən (qərb energetika analitiklərinin yazdığı kimi) bütün bu yeni tələbatı BOM ödəyə bilər. Praktiki olaraq isə bu, mümkün olmayacaq:

- Düzənsiz BOM mənbələrinin üstünlük təşkil etdiyi şəraitdə sistemin tənzimlənməsi enerji sistemlərində kütləvi disbalanslara səbəb olacaq, ya da (və) toplayıcı və tənzimləyici güclərin yaradılmasına çəkilən əlavə xərclər səbəbindən belə elektrik enerjisinin qiyməti ənənəvi mənbələrdən alınan enerjidən xeyli yüksək olacaq.

- Külək generatorlarının və panellərin xidmət müddəti 20-30 ildir, amortizasiya səviyyəsi isə ildə 3-5% təşkil edir. Qlobal istehsalat təkcə yeni panellərə və külək generatorlarına olan tələbatı ödəməli deyil, həm də öz ömrünü başa vurmuş köhnələri əvəz etməlidir. Hər il bu cür əvəzləmələrin sayı artacaq. İstehsal imkanları isə hər zaman baz metallarının: mis, gümüş və nadir torpaq elementlərinin çatışmazlığı ilə məhdudlaşacaq.

Sadalanan bütün problemlər çoxdandır məlumdur. Hələlik onları "müvəqqəti vasitələrlə" həll edirlər: həm istehsalçılara, həm də operatorlara subsidiyalar paylayırlar. Kimyəvi akkumulyatorların tikintisi vasitəsilə mürəkkəb enerji sistemlərinin balansı üçün üsullar düşünürlər. Tələbatın tənzimlənməsi vasitəsilə enerji sistemlərinin idarə edilməsi yollarını sınayırlar.

Bu arada isə (qərb analitikləri BOM-u uyğunlaşdırmağa çalışarkən) kömür generasiyasında sakit bir inqilab baş verir. Texnologiyalar sürətlə inkişaf edir. Artıq indi kömürü yüksək temperaturlarda yandırmağa və kömür İstilik Elektrik Stansiyalarının (İES) faydalı iş əmsalını 50%-ə və nəzəri olaraq daha yüksəyə çatdırmağa imkan verir. Bu isə kömür İES-lərində elektrik enerjisi istehsalının tamamilə fərqli iqtisadiyyatını və nəinki bunun, həm də ən vacibi, ekologiyasını yaradır. Bütün bunlar yaxın illərdə kömür generasiyasının inkişafı üçün əla perspektivlər açır.

Elçin Alıoğlu

visiontv.az