Əraqçi İran aktivlərinin müsadirə edilməsinə qarşı xəbərdarlıq edib
25.07.2026

İranın xarici işlər naziri Abbas Əraqçi İran aktivlərinin müsadirə edilməsinə qarşı xəbərdarlıq edib və bunun qlobal fəsadlar yaradacağını bildirib.

Abbas Əraqçi beynəlxalq ictimaiyyəti İran aktivlərinin ələ keçirilməsindən çəkinməyə çağırıb. O bildirib ki, başqalarına məxsus əmlakın müsadirəsinin adi praktikaya çevrilməsi dünyadakı bütün beynəlxalq aktivləri təhlükə altına salacaq.

“Belə bir proses nəticəsində yaranacaq xaos və qeyri-sabitlik nə xoş, nə də dinc olacaq”, - İranın xarici siyasət idarəsinin rəhbəri “X” sosial şəbəkəsində yazıb.

Diplomat vurğulayıb ki, bu cür addımları alqışlayan və ya onlardan fayda əldə etməyə çalışan tərəflər uzunmüddətli riskləri nəzərə almalıdırlar.

“Dövlətlər başqalarının əmlakını müsadirə etməyi adi təcrübəyə çevirdikdə, dünyada heç bir aktiv artıq təhlükəsiz və toxunulmaz olmayacaq”, - Əraqçi bildirib.

visiontv.az