İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-nin Tehranın irəli sürdüyü yeddi şərtə cavab verdiyini, ancaq bu cavabın qənaətbəxş olmadığını bildirib.
Rzayinin sözlərinə görə, son iki ay ərzində ABŞ Pakistan, Qətər və İraq vasitəsilə İranla əlaqə saxlayaraq Tehrandan təkliflərini təqdim etməsini istəyib. O bildirib ki, təxminən iki həftə əvvəl İran ABŞ-yə yeddi şərt irəli sürüb və onların yerinə yetirilməyəcəyi təqdirdə Hörmüz boğazının ABŞ üçün açılmayacağını, danışıqların isə aparılmayacağını bəyan edib.
İran rəsmisi Vaşinqtonun artıq cavab verdiyini, bəzi şərtləri qəbul etdiyini, ancaq bir sıra məsələlərin hələ də qeyri-müəyyən qaldığını qeyd edib. Onun sözlərinə görə, Tehran hazırda yeni cavab hazırlamaq mərhələsində deyil, ABŞ-dən aydınlıq gətirilməmiş məqamlarla bağlı izahat gözləyir.
visiontv.az