Məhəmməd Əsədullazadə Politoloq
Trampın Putinlə sövdələşməsi və Ukraynaya artan təzyiqlər: Müharibənin yeni mərhələsi

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra tərəflər arasında ticarət sövdələşməsinə və Avropa ittifaqı ilə dərin siyasi böhrana gətirib çıxarır.

14.10.2026
MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

MDB dövlət başçılarının Türkmənistanda keçirilən sammiti regional və beynəlxalq təhlükəsizlik böhranlarının dərinləşdiyi bir dövrə təsadüf edir. Lakin proseslərə nəzər saldıqda görürük ki, Müstəqil Dövlətlər Birliyi artıq müasir dövrün gözləntilərinə və yeni geosiyasi reallıqlara cavab vermir.

13.10.2026
Nə Ukrayna Rusiyanı hərbi yolla məğlub edə bilir, nə də Rusiyanın Ukraynanı

Rusiyanın Ukraynanın enerji infrastrukturu və humanitar obyektlərinə zərbələr endirməsi, təbii ki, onun cəbhədə irəliləyə bilməməsi və yeni ərazilər işğal etməkdə çətinlik çəkməsi ilə bağlıdır. Göründüyü kimi, Rusiya bu istiqamətdə ciddi irəliləyiş əldə edə bilmir, Donbasın inzibati sərhədlərinə çıxa bilmir. Buna görə də Ukraynanın körpülərini, enerji və mülki infrastrukturunu hədəfə almaqla ölkə daxilində sosial narazılıq və etirazlara səbəb ola biləcək proseslərə təkan verməyə çalışır.

09.10.2026
SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur

ABŞ və İran arasında Nyu-Yorkda keçirilən danışıqlar, xüsusilə xarici işlər naziri Abbas Əraqçi ilə Uytkoff arasında aparılan müzakirələr oldu. İran tərəfi ABŞ-a yeddi bənddən ibarət təklif təqdim edib və atəşkəs tələbini irəli sürüb. Görünür, tərəflər arasında bu həftə də danışıqların davam etdirilməsi nəzərdə tutulur və prosesə Prezident Məsud Pezeşkianın müşavirləri də cəlb olunub.

28.09.2026
Ermənistan - Rusiya münasibətlərində dərin böhran davam edəcək

Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi ziddiyyətlər və gərginliklər kəskinləşir. Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir və bu səfər çərçivəsində onun Vladimir Putinlə görüşü nəzərdə tutulur. Hesab edirəm ki, görüşdə əsas müzakirə mövzularından biri Ermənistanın xarici siyasət oriyentasiyası, xüsusilə Avropa İttifaqı ilə inteqrasiya məsələsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqında gələcək statusu olacaq.

10.09.2026
Səfəvilər tarixi Azərbaycan imperiyasıdır

Məhz Səfəvilər dövründə bütöv Azərbaycan oldu. Həmçinin xalq olaraq tarixdə imperiya yaratdıq. Şah İsmayılın Bakıda abidəsini cənab prezident İlham Əliyev yenidən bərpa etdirdi. Şah İsmayıl Xətai adına hərbi orden və Bakıda inzibati rayon var.

06.08.2026
Rusiyanın Qarabağ mövzusunu yenidən qabartması Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir

Rusiya Prezidenti V. Putinin Azərbaycan Prezidentinə telefon zəngi göstərir ki, Moskva Azərbaycanla siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Bu, son dövrdə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması və yeni mərhələnin başlanması istiqamətində Rusiyanın niyyətini nümayiş etdirir.

30.07.2026
Türkiyə artıq regional gücdən qlobal nizama yön verən ölkə olub

Türkiyədə CHP dönəmi bitdi. Ötən əsrin 70-ci illərindən ana müxalifət rolunu həyata keçirən CHP-nin hakimiyyətə gəlmək şansları yoxdur. Əgər, şansları olsaydı, 2002-ci ilə qədər Türkiyənin böhranlı dövrlərində gələrdilər. AKP lideri R. T. Ərdoğan güclü Türkiyə qurub. Türkiyə artıq regional gücdən beynəlxalq siyasi nizama yön verən ölkə olub.

28.07.2026
Azərbaycan-Ermənistan yekun sülh müqaviləsi çox gumanki bu il imzalanmayacaq

Bu ilin axırına kimi Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsi bağlanmayacaq. Buna baxmayaraq iki ölkə arasında paraflanmış sülh müqaviləsinə uyğun olaraq normallaşma prosesi davam edəcək. İki ölkə arasında iqtisadi əlaqələrin müxtəlif sahələri əhatə etməsi üçün yeni sazişlər imzalanacaq.

13.07.2026
ABŞ-İran memarandumu SEPAH daxilində sərt xətt tərəfdarlarını ciddi şəkildə narahat edir

SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərini atəşə tutması və buna cavab olaraq ABŞ-ın SEPAH-ın hərbi obyektlərinə, o cümlədən Bəndər-Abbas limanı yaxınlığındakı mövqelərə zərbələr endirməsi, həmçinin İran nefti ilə bağlı sanksiya güzəştlərinin və lisenziyaların ləğv edilməsi göstərir ki, proseslər artıq lokal hərbi qarşıdurma müstəvisinə keçməkdədir.

10.07.2026
ABŞ - Türkiyə - Azərbaycan əməkdaşlığının yeni səviyyəyə yüksəlməsi üçün əlavə imkanlar yaranıb

NATO-nun Türkiyədə keçirilən zirvə toplantısında ABŞ Prezidenti Donald Trampın iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı ikitərəfli danışıqlar, təbii ki, Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Xüsusilə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılması, CAATSA məhdudiyyətlərinin yumşaldılması, Türkiyənin F-35 proqramına qayıdışı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-strateji əməkdaşlığın dərinləşdiyini göstərir.

09.07.2026