Şəmxanidən Körfəz ölkələrinə xəbərdarlıq: “İranın qırmızı xətləri ilə oynamaq olmaz”
05.12.2025

İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda Xameneyinin müşaviri Əli Şəmxani Körfəz Əməkdaşlıq Şurasının Fars körfəzindəki üç ada - Əbu Musa, Kiçik Tunb və Böyük Tunb, eləcə də “Arəş” (Əl-Dürrə) qaz yatağı ilə bağlı son bəyanatına sərt reaksiya verib.

O, “X” hesabındakı paylaşımında Şuranın bəyanatını “qeyri-konstruktiv” adlandıraraq yazıb:

“Körfəz Əməkdaşlıq Şurasının İran adaları və “Arəş” yatağı ilə bağlı bəyanatı ABŞ və “sionist rejimin” yaratdığı gərginlik fonunda yersizdir. İran təcavüzə müəyyən dəstək göstərilməsinə baxmayaraq, 12 günlük müharibədə təmkin nümayiş etdirib. İranın Fars körfəzindəki gücü yanlış başa düşülməməlidir. Qonşu ölkələrin əsas rolu bölgədə təhlükəsizlik yaratmaqdır, İran xalqının qırmızı xətləri ilə oynamaq deyil”.

visiontv.az