Türkiyənin meyvə-tərəvəz istehsalında növbəti qalmaqal.
Türkiyədə alıcılar market və bazarlarda satılan xiyarlardan qəribə balıq iyi gəldiyini bildirirlər. Qida mütəxəssisləri bunun səbəbini məhsullarda istifadə olunan “fluopyram” adlı kimyəvi maddə ilə əlaqələndirirlər.
“Fluopyram”ın mümkün zərərləri:
• Tənəffüs yollarının qıcıqlanması
• Dəri allergiyası və qıcıqlanma
• Ürəkbulanma və qusma
• Sinir sisteminə mənfi təsirlər
• Qaraciyər və böyrəklərə toksik təsir riski
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı, Rusiya, Azərbaycan və Gürcüstan Türkiyədən idxal edilən antep fıstığı, portağal, qreypfrut, günəbaxan yağı, kəklikotu, kişmiş və limon kimi məhsullarda da zərərli maddələr aşkar etmiş və həmin məhsulları geri qaytarmışdı.
visiontv.az