İran yenidən Fars körfəzindəki adalarla bağlı açıqlamaya sərt reaksiya verib
05.12.2025

Dünən Körfəz Əməkdaşlıq Şurası Bəhreyndə keçirilən 46-cı sammitin sonunda yaydığı yekun bəyanatda Fars körfəzindəki Əbu Musa, Kiçik Tunb və Böyük Tunb adaları ilə bağlı mövqeyini yenidən səsləndirib.

Bəyanatda sözügedən adaların BƏƏ-yə aid olduğunu vurğulayan şura, İranın bu adalarda hər hansı tikinti, hərbi fəaliyyət və rəsmi nümayəndə səfərlərini “beynəlxalq hüquqa zidd” adlandırıb.

Şura, habelə, bəyanatında İranın adaları “işğalda saxladığını” açıqlayıb və BƏƏ-nin adalar, onları əhatə edən ərazi suları, hava məkanı və iqtisadi zona üzərində suverenliyini vurğuladığını bildirib.

Bundan əlavə, Körfəz Əməkdaşlıq Şurası İranın “Arəş” adlandırdığı Əl-Dürrə qaz yatağı ilə bağlı mövqeyini də tənqid edərək, əvvəlki qətnamələrini bir daha xatırladıb.

visiontv.az