“POSTV Georgia”nın təmsilçisi: Gürcüstan saxta xəbərlərin hədəfinə çevrilib
05.12.2025

Xaricdən hibrid hücumlara məruz qaldığı bir vaxtda Azərbaycan və Gürcüstanın media qurumlarının əməkdaşlığı vacibdir.

Visiontv.az APA-ya isinadən xəbər verir ki, bunu “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumunda “POSTV Georgia”nın təmsilçisi Gia Abaşidze bildirib.

Abaşidzenin sözlərinə görə, Media Forumu iki ölkənin media qurumları arasında əməkdaşlığın formalaşmasına, təcrübə mübadiləsinə töhfə verəcək.

“Hazırda Gürcüstan hibrid hücumlar, saxta xəbərlərin hədəfinə çevrilib. BBC-i bizi nümayişçilərə qarşı kimyəvi zəhərləyici qazdan istifadədə günahlandırır. Bu fakt təsdiqini tapmasa da, nəticəsiz ötüşmədi. Belə hibrid hücumlara qarşı müdafiə olunmaq üçün hər iki ölkənin media qurumları, siyasətçiləri, ekspertləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi vacibdir”, - o qeyd edib.