İyirminci əsrin sonlarında erməni faşistlərinin insanlıq əleyhinə törətdiyi Xocalı qətliamından 31 il ötür.
59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda Təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakı şəhərində və bölgələrdə keçirilən əməliyyatlar nəticəsində, narkotik malların ticarəti ilə məşğul olan 36 nəfər saxlanılmış, 114 kq. narkotik vasitə, psixotrop maddə, 3 min ədəd ekstazi və metodon həbi dövriyədən çıxarılmışdır.
24 dekabr-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Bu münasibətlə cənab Prezidenti ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayıram.
Son illər, Qlobal təhlükəsizlik sistemində əhəmiyyətli dəyişikliklər baş verir və dünya sürətlə yeni çoxqütblü sistemə yuvarlanır. Yeni təhlükəsizlik arxitekturası formalaşmaqdadır. Əfsuslar olsun ki, proseslər kifayət qədər ağrılı keçir və bir çox xalqların, milyonlarla insanın faciəsi ilə nəticələnir.
Bu gün Rusiya sülhməramlılarından Xankəndi yolundakı aksiya ilə bağlı qərar verilib. Onlar aksiyanın gedişatına müdaxilə etməyəcəklərini bildiriblər. Bəs birdən ermənilərin təxribatı nəticəsində sülhməramlılar sivil aksiya iştirakçılarına zor tətbiq edə bilərlərmi? Sözügedən mövzu ətrafında millət vəkili Nəsib Məhəmməliyev Visiontv.az saytına açıqlama verib:
Fransa Senatının 22 noyabr tarixli qətnaməsinin ardınca, Milli Assambleyanın analoji qərar qəbul etməsi, ölkəmiz əleyhinə növbəti təxribatdır və Azərbaycan xalqı heç bir halda bununla barışa bilməz.
ABŞ federal prokurorluğu, Demokratlar partiyasının Nyu-Cersi ştatını təmsil edən, senator Bob Menendesin arvadı, erməni əsilli Nadiye Arslanyanı rüşvət alma ittihamı ilə, sorğu-suala tutmağa başlamışdır. Menendes, uzun illər ərzində Türkiyə və Azərbaycan əleyhinə, bir çox qərəzli layihələrin təşəbbüskarı, qatı ermənipərəst mövqeyi ilə seçilmişdir.
“Biz qayıdacağıq, inanın ki, qayıdacağıq. Biz Qarabağsız, Şuşasız yaşaya bilmərik”
Soçi görüşündən sonra, Prezident İlham Əliyev, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına səfərə getdi. Azərbaycan Prezidenti, Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə, tədbirin açılış mərasimində fəxri qonaq qismində iştirak etmişdir.
Prezident İıham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər bir səfəri, işğaldan azad olunmuş bölgələrin bərpasını sürətləndirir. İqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır, sosial obyektlər, aqroparklar istifadəyə verilir. Ekoloji proqramlar həyata keçirilir.