Elxan Şahinoğlu Politoloq
GUAM artıq əvvəlki illərdəki ittifaqa bənzəmir

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 1990-cı illərin sonunda təsis ediləndə bu dörd dövlətin maraqları üst-üstə düşürdü. Bu ittifaqı aktuallaşdıran əsas amil hər 4 ölkənin separatçı bölgələrlə mübarizəsi və Rusiya ilə gərgin münasibətləri idi. Azərbaycanı çıxmaq şərtilə digər 3 ölkə hələ də ərazi bütövlüyünü təmin etməyib, Ukrayna Rusiya ilə müharibəni davam etdirir, Moldovada Avropa İttifaqına üzvlük, bu alınmadıqda Rumıniyaya qatılmaq kimi mövzu müzakirəyə çıxarılıb. Gürcüstanın isə Avropa İttifaqına üzvlük məsələsi indiki hökumətin dövründə aktuallığını itirib.

29.01.2026
Donald Tramp “Sülh Şurası”nın Qəzzayla kifayətlənməsini istəmir

Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “Sülh Şurasına” qoşulması qərarı doğrudur. Bunun bir neçə səbəbi var. Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, “Sülh Şurası”na üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı.

22.01.2026
Türkiyə ABŞ-nin İrana hərbi müdaxiləsinə niyə qaşıdır?

Türkiyənin siyasi dairələrini anlamaq olar. ABŞ-ın vaxtilə İraqa və Suriyaya hərbi müdaxilələri Türkiyəyə ciddi problemlər yaratdı. Ona görə də Ankarada hesab edirlər ki, ABŞ-ın İrana mümkün müdaxiləsi Türkiyəyə əlavə problemlər yaradacaq. Bu səbəbdən Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları yoğunlaşdırıb.

15.01.2026
Putin amerikalı həmkarından çox əvvəl “beynəlxalq hüquqa” riayətdən imtina edib

ABŞ Prezidenti Donald Trampın təlimatıyla Venesuela Prezidentinin oğurlanması və Ağ Ev sahibinin “mənim beynəlxalq hüquqa ehtiyacım yoxdur, nəyi doğru bilirimsə, onu da edirəm” səpgili açıqlaması Rusiyanın hakim və ekspert dairələrində oxşar tezisin müzakirəsinə səbəb olub. Rusiya siyasətçiləri və ekspertləri arasında “Rusiya da ABŞ kimi ətrafında bildiyini etməyə başlaya bilərmi” sualı ətrafında müzakirələr başlayıb. Yəni onların fikrincə, Vaşinqtonun “Monro doktrinası” varsa, Kremlin də ya oxşar doktrinası olmalı, ya da mövcud təhlükəsizlik doktrinası ciddi şəkildə korrektə edilməlidir. Halbuki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarından çox əvvəl “beynəlxalq hüquqa” riayətdən imtina edib. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsi, 2014-cü ildə Krımı ilhaqı və 2022-ci ildə Ukraynanın şərqini işğal etməsi bunun bariz nümunəsidir. Ancaq Kremlə bu azdır.

13.01.2026
Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər

Əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər.

10.01.2026
Vaşinqton Çinlə Venesuela arasındakı səx əlaqələri nəzərə almayıb

Veneseuala Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini həm də o narahat edir ki, Maduro oğurlanmadan bir gün əvvəl paytaxt Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etmişdi. Deməli, Vaşinqton Maduronun oğurlanmasını planlayarkən, Çinlə Venesuela arasındakı səx əlaqələri nəzərə almayıb.

07.01.2026
ABŞ-nin Venesuelaya endirdiyi hərbi zərbə Kiyev üçün narahatedici siqnal kimi qəbul olunub

"Berliner Zeitung" nəşri yazıb ki, ABŞ-ın Venesuelaya endirdiyi hərbi zərbə Kiyev üçün narahatedici siqnal kimi qəbul olunub. Nəşrin yazdığına görə, Kiyevdə ABŞ-ın prioritetlərinin dəyişməsi və ukrayna istiqamətinə marağın zəifləməsi ilə bağlı narahatlıqlar artır.

06.01.2026
Rusiya Azərbaycan münasibətlərində 2026-cı ildə də müsbətə doğru dəyişiklik olmayacaq

Əlbəttə, təmaslar, ticarət və ortaq iqtisadi layihələrin müzakirəsi davam edəcək, ancaq siyasi ab-hava dəyişməyəcək. Söhbət yalnız mülki təyyarəmizin raketlə vurulmasına görə gərginləşən münasibətlərdən getmir. Cənubi Qafqazda geosiyasi durum dəyişib, Azərbaycan Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağa çalışır, Ermənistan hökuməti də eyni yola üstünlük verir. Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu prosesi daha da sürətləndirib.

05.01.2026
Tramp Avropa İttifaqını zəif təşkilat, Qərb liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirir

ABŞ Prezidentin Donald Trampın Avropa bölgəsinə marağı azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirib. Trampın bu yanaşmasının səbəbi Avropa İttifaqının müxtəlif məsələlərin həllində qəti addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə diqqət yetirməməsiylə bağlıdır. Avropa ölkələri uzun illər təhlükəsizliklərini ABŞ-a həvalə ediblər, bu dövlətlər büdcələrini ordularının saxlanılmasına deyil, insanlarının rifah hallarının yüksəlməsinə yönəldiblər. Bu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə balşamasına və Tramp Prezident seçilənə qədər davam edib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir.

29.12.2025
Zelenski ağır şərtlərinə rəğmən, 20 bəndlik sülh planını qəbul etməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski ağır şərtlərinə rəğmən, 20 bəndlik sülh planını qəbul etməyə hazırdır. Bu ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilkin irəli sürdüyü 28 bəndlik planın ixtisarlar və düzəlişlər edilmiş variantıdır. Misal üçün Vaşinqtonun planının bəndlərinin birində işğal altında olan Zaporojye atom elektrik stansiyasının ABŞ-ın idarəçiliyinə veriləcəyi və elektrikin 50/50-yə Ukrayna ilə Rusiya arasında bölüşdürüləcəyi yazılmışdı.

25.12.2025
Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün "Xəzər beşliyi"ni parçalamaq niyyətində olmaqda günahlandırıb. Onun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin tamamilə birmənalı davamıdır: "Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, "Xəzər beşliyini" parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır".

17.12.2025