Sibiqa: Zelenski ilə Putinin görüşü sülh danışıqlarında irəliləyişə səbəb ola bilər
12.10.2026

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü sülh danışıqlarında yeni irəliləyişə yol aça bilər.

Bunu Ukraynanın xarici işlər naziri  Andrey Sibiqa "RBC-Ukrayna" agentliyinə müsahibəsində bildirib.

Sibiqa qeyd edib ki, sülh prosesində yeni dinamikanın yaranması baxımından Zelenski ilə Putinin görüşü ən təsirli addım ola bilər. Onun sözlərinə görə, görüş  ABŞ Prezidenti Donald Trampın iştirakı ilə və ya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə keçirilə bilər.

Nazirin sözlərinə görə, Kiyev  ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli görüşün keçirilməsinə hazır olduğunu dəfələrlə bəyan edib və belə bir görüşün mümkün qədər tez baş tutmasını istəyir.

Ukraynalı nazir görüşün mümkün nəticələri arasında atəşkəsin əldə olunmasını, hərbi əsirlərin mübadiləsini və uşaqların geri qaytarılmasını qeyd edib.

visiontv.az