Rusiyalı mütəxəssislər İrana getdi
12.10.2026

"Rosatom" şirkəti İrandakı Buşehr AES-dəki işçilərinin sayını 135 nəfərə çatdırıb.

Bu barədə dövlət şirkətinin baş direktoru Aleksey Lixaçev deyib.

Lixaçevin sözlərinə görə, dünən əraziyə daha doqquz mütəxəssis gəlib. Onlar fəaliyyətdə olan 1 saylı blokun planlaşdırılmış profilaktik təmirində iştirak edəcəklər.

“Rosatom” işçiləri stansiyanın hər üç obyektində - fəaliyyətdə olan bir və tikilməkdə olan iki enerji blokunda çalışırlar.

visiontv.az