Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib
12.10.2026

Rusiya atəşkəs istəmir, uzunmüddətli sülh istəyir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov  Ukrayna Prezidenti  Volodimir  Zelenskinin 60 günlük atəşkəs təklifinə münasibət bildirərkən deyib.

Peskov qeyd edib ki, Rusiya atəşkəs deyil, uzunmüddətli sülh istəyir və buna nail olmaq üçün hər şeyi etməyə hazırdır.

Kremlin sözçüsü, həmçinin, əlavə edib ki, Rusiya Ukrayna məsələsindəki səylərinə görə  Amerika danışıqçılarına minnətdardır.

Qeyd edək ki, Zelenski Rusiya 60 günlük atəşkəsə razılaşarsa, Ukraynanın seçkilər keçirməyə hazır olduğunu bildirib.

visiontv.az