Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
12.10.2026

Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.

 Hər iki ölkənin Dövlət  bayraqlarının dalğalandığı  Heydər Əliyev  Beynəlxalq  Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

visiontv.az