Ermənistanda iranlı işçilər ölüblər
12.10.2026

Ermənistanda qülləli kranın quraşdırılması zamanı Kermanşahdan olan iki iranlı işçi hündürlükdən yıxılaraq həyatını itirib. Hadisə zamanı onların erməni həmkarının da öldüyü bildirilir.

Məlumata görə, işçilər aldıqları ağır xəsarətlər, daxili zədələr və qanaxma nəticəsində ölüblər.

Zəruri prosedurlar tamamlandıqdan sonra iki iranlı işçinin cəsədi Ermənistandan İrana, doğma şəhərlərinə aparılıb.

visiontv.az