Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının nüfuzunu və birliyini möhkəmləndirmək yönündə səylərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Özbəkistan Prezidenti bunu Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Təşkilatımızın nüfuzunu və birliyini möhkəmləndirmək yönündə böyük səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmərəli sədrliyə görə səmimi minnətdarlığımı ifadə edirəm”, - deyə Şavkat Mirziyoyev qeyd edib.
visiontv.az