Növbəti köç karvanı Zəngilana çatıb, açarlar təqdim edilib
15.05.2026

Növbəti köç karvanı Zəngilan şəhərinə çatıb.

 Bu mərhələdə  Zəngilan şəhərinə 5 ailə olmaqla 26 nəfər köçürülüb.

Zəngilan şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Ailələr qarşılandıqdan sonra onlara  ANAMA əməkdaşları tərəfindən mina təhlükəsi ilə bağlı məlumat verilib.

Qeyd edək ki, onlar uzun illər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış ailələrdir.

visiontv.az