Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
15.05.2026

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.

 Bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi  Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan  Zəngəzur dəhlizi  Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.

visiontv.az