İsrail ordusu “Hizbullah” hədəflərinə hava zərbələri endirib
15.05.2026

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənub sahillərində yerləşən Tir bölgəsində “Hizbullah”a məxsus infrastruktur obyektlərinə genişmiqyaslı hava zərbələri endirib.

Bu barədə IDF məlumat yayıb. Daha əvvəl İsrail ordusu Tir şəhəri ətrafında yerləşən bir neçə kəndin sakinlərinə evakuasiya xəbərdarlığı edib. Bu xəbərdarlıqdan sonra hava hücumlarının başladığı bildirilib.

visiontv.az