Qurban Yetirmişli: Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır, təkliflər verilib
15.05.2026

Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır.

 Bunu  Azərbaycan  Milli  Elmlər  Akademiyası nəzdində Respublika Seysmoloji  Xidmət  Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda əhali oradan köçürüldüyü üçün ciddi təhlükə yoxdur.

Qurban Yetirmişli qeyd edib ki, Bibiheybət və Badamdarda bərkitmə işlərinin aparılması üçün təkliflər verilib: "Bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir. Tikinti elə aparılmalıdır ki, gələcəkdə seysmik risk minimuma düşsün, güclü dağıntılar və insan tələfatı olmasın”.

visiontv.az