Tehran Vaşinqtona etibar edə bilməz və istənilən razılaşmadan əvvəl bütün məsələlər dəqiq şəkildə müəyyənləşdirilməlidir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinqdə jurnalistlərə bildirib.
O, həmçinin bəzi qüvvələrin ABŞ-ı yenidən müharibəyə cəlb etməyə çalışdığını qeyd edib və diplomatik həllin vacibliyini vurğulayıb.
“Biz ABŞ-a qətiyyən etibar edə bilmərik. Buna görə də hər şey istənilən razılaşmadan əvvəl dəqiq şəkildə müəyyən edilməli və aydınlaşdırılmalıdır”, — Əraqçi vurğulayıb.
O əlavə edib ki, hazırda bölgədə gərginliyi artırmaq istəyən tərəflər var: “Bəzi qüvvələr Vaşinqtonu yenidən müharibəyə sürükləmək istəyir və ümid edirəm ki, müdriklik üstün gələcək və biz diplomatiya yolu ilə həllə doğru gedəcəyik”.
visiontv.az