Problem İran rejimi deyil, rejimin mümkün süqutundan sonra yaranacaq xaosdur
16.01.2026

Bu barədə Qərb mətbuatı nə yazır?

Reuters: “İran etirazlara İslam Respublikasının tarixində ən sərt repressiyalardan biri ilə cavab verib.”

The Guardian: “İran hakimiyyəti mövcudluq xarakterli siyasi böhran fonunda narazılığı boğmaq üçün ölümcül gücdən istifadə edir.”

The Washington Post: “İranda baş verənlər artıq sadəcə iğtişaş deyil — bu, dövlətin yaşaması üçün birbaşa çağırışdır.”

Le Monde: “İran təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılığın miqyası dövlətlə cəmiyyət arasındakı münasibətlərdə dönüş nöqtəsidir.”

Associated Press: “Etirazlar təkcə iqtisadi narazılıqları deyil, daha dərin və köklü qəzəbi əks etdirir.”

The Financial Times: “Qərb hökumətləri təkcə İran rejimindən yox, onun süqutundan sonra yarana biləcək xaosdan da qorxur.”

Qərb üçün əsas sual artıq İranın stabil olub-olmaması deyil, onun nə qədər qeyri-sabitləşə biləcəyidir.

visiontv.az