The New York Post” qəzeti yazır ki, İran hakimiyyəti ölkə daxilində etirazçıları geniş şəkildə repressiya etdiyi bir vaxtda, yüksək vəzifəli İran rəsmilərinin övladları ABŞ-də rahat və təhlükəsiz həyat sürür.
Hesabatda bəzi İran rəsmilərinin övladlarının ABŞ-dən deportasiya edilməsi ilə bağlı çağırışlara diqqət çəkilir. Onlardan biri 43 yaşlı İsa Haşimidir. O, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsində sözçü olmuş və sonradan İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri vəzifələrində çalışmış Məsumə Ebtekarın oğludur. İsa Haşimi 2010-cu ildə Amerikaya köçüb.
Hesabatda adı çəkilən digər şəxs 40 yaşlı Fatimə Ərdəşir Laricanidir. O, İran parlamentinin keçmiş sədri və hazırda Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Əli Laricaninin qızıdır. Atası son açıqlamalarında ABŞ və İsrail liderlərini sərt şəkildə ittiham etsə də, qızı Amerikanın Atlanta şəhərində yaşayır.
visiontv.az