İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran ballistik raketlərlə bağlı proqramından imtinanı müzakirə etməyə hazır deyil, çünki bu proqram ölkənin milli təhlükəsizliyi və müdafiəsinin əsas elementidir.
Əraqçi bunu "Fox News" telekanalına müsahibəsində vurğulayıb.
“Ballistik raketlər bizim müdafiə vasitəmiz və ən etibarlı qorunma alətimizdir, bu, müzakirə mövzusu deyil. Təhlükəsizliyimiz və müdafiəmiz üçün lazım olan ballistik raketlərimizlə bağlı niyə danışıqlar aparmalıyıq?” – deyə nazir bildirib.
visiontv.az