Azərbaycan bizim üçün vacib təbii qaz tədarükçüsüdür.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazir Azərbaycanla imzalanmış qaz sazişinin icra mərhələsində olduğunu qeyd edib:
“Biz Azərbaycandan əhəmiyyətli həcmdə qaz alırıq. İndi bu tədarük 2029-cu ildən sonrakı dövrü də əhatə edəcək şəkildə uzadılır. Yanvar ayının əvvəlində aylıq 25 milyard kubmetr həcmində qazla bağlı saziş imzaladıq və demək olar ki, bu artıq icra mərhələsinə keçib” - nazir əlavə edib.
ADB: Orta Dəhliz ölkələri uzunmüddətli iqtisadi artım üçün əməkdaşlığı dərinləşdirməlidir